bugün

iran adlanan ülkede 2005 yılında tebriz şehirinde "olmalıdır her kese, türk dilinde medrese" şiarıyla iran'da türk dilinde eğitim verilmesi ve türkçe'nin iran'da resmi dil ilan edilmesi konulu kampanya başlatmasının ardından iran devrim kanunlarına aykırı hareket ettiği gerekçesiyle 10 yıl boyunca tahran'ın evin adlı hapisanesinde tek kişilik bir hücre de yatarak cezasını geçiren güney azerbaycan milli harekatının üyesi olan Said Matinpour bugün serbest bırakılmıştır.

Türk milletinin gözü aydın!

görsel

Bir kez daha, daha yüksek sesle;

"Olmalıdır her kese
Türk dilinde medrese!"
TÜRKCƏ

Səid Mətinpur

Bir kamançanın, bir qopuzun, bir trompetin, bir balabanın səsinə yetişəndə eləbil dünya durur. Bir an bütün səslər, bir səsdən başqa qulağımda batır, bir anda bütün pislikləri, bütün ruhumda quylanan acıları, acımaları unudub bir səslə birləşirəm. Türkcə də belə məndə başlandı. Onu bir dil kimi bir yazıb yaradan kimi tapdığımda başqa bir şeylərə gözüm yumuldu. Dünyaya bu dillə baxmağa başladım.
Bu dil dünyaya pəncərə ola bilərmi? Dil pəncərə olmasa da dilsiz dünya bu günkü dünya deyildi. Insanın dünyası dil ilə düşünülüb dil ilə anladılır, amma mənim sorğum bu deyildi. Türkcə mənim gözümü açdı. O gündən gün yoxdur soruşmayam nə üçün bu dildə yazıb-oxumanı öyrətmədilər? nə üçün özüm bu işə başlamadım? Nə üçün bu dildə danışan millətin tarixi ortaya qoyulmur? Bu millət hansı mədəni durumu yaşayır?

Türkcə ilə yazıb-oxumağa başladım. Nə qədər tarix dolaşıqlara salırdı, dil duru, axar, dərin çay kimi içimə calanırdı. Mən dilimdən bir gözəllik axıda bilməsəm də illər türkcə ilə Keçdilər. Dilim millətə açılmışdı: Türkcə yazaq, türkcə oxuyaq – nə çətin gəlirdi deməyi- Türkcə danışaq. Zəngan illəri “yaz”, “oxu” deməklə yox, “danış” deməyə keçdi. Min kəlməyə bürünürdüm bir “danışaq” deməyi deyəm.
Bütün gəncliyim bu dillə keçəndən sonra türkcəyə bir cümləlik faydam olmayıb. Ama bu dil bütün gəncliyimə məna verdi. Fəlsəfə ilə dünyanı anlamağa başlamışdım, dil beynimə girdi, fəlsəfə yaratmağa başladı. Mənə məsələ, sorğu verdi və onu çözməyə çağırdı. Nə qədər bu dilə ziyan versəm, bu dil mənə insanlıq bağışladı. Düşüncə insanlıqdan başqa bir şey ola bilərmi?

Bugün türkcənin qapısı bütün millətinə açılıb, kim istəsə onunla düşünməuə başlaya bilər. kim istəsə onun tarixi ilə millətinin tarixini, mədəni keçmişini, əskikliklərini, dirənişini, uduzduqlarını öyrənə bilər.

Bu dilə göz örtməyimiz, bizə gərək olan fəlsəfədən vaz keçməkdir.
Bu dili atıb yoxsa seçməyimizə təkcə düşüncə ilə varmaq olur (tutaq bizdə dili atıb yoxsa seçməyə imkan var; yoxsa gerçəkdə bunun olumu olumsuz kimidir.). biz bu dilin qapısındayıq. illər dünyanın qapılarını dolandıqdan sonra gəlib Azərbaycanda, Xurasanda, Kərəc-Tehranın sonsuz xiyavanlarında küçələrində durmuşuq. Böyük ellər, başkəndlər, impraturluqlara sahib deyilik.

Biz varıq, dil var, qalan bu dil ilə biz var ola bilirik. qaşqayların, şahsevənlərin paltarlarını olduğu kimi ala bilərik, dövlət muzeylərində Təbriz, afşar qalıları duvarları bəzəyir. Şəhər bucaqlarında, kəndlərdə Urmudan Savaya yüz illər bundan öncə çaldıqları kimi qopuzları çalırlar aşıqlar. Hələ Təbrizin aşının kababının dadı təkcə oradadır, amma türkcə olduğu kimi bir mədrəsədə də yox. Türkcə, olan kimi türkcədir, amma onlar hər şeydən əvvəl paltarlar, qalılar, yeməklərdilər. Elə bu yerə vardığımız zaman Türk fəlsəfəsi başlanır. istəsək-istəməsək, bundan ayrı nə başlana, başqa damğa alacaq tarix sanığında. Geciksə də bu dil ilə başlanacaq Türk fəlsəfəsi, Azərbaycan fəlsəfəsi, fəlsəfə istəsək.

Tehran, Evin zindanı, 350-ci bəndi, yay, 24 avqust 2010 ( şəhrivərin ikisi 1389-ci şəmsi ili),

SƏiD MƏTiNPUR